Performance
Monthly Listeners
Current
Followers
Current
Streams
Current
Tracks
Current
Global Rank
Current
Listeners 32,736
Top Releases
View AllBiography
Məşhur Azərbaycan müğənnisi və bəstəkarı olan Tünzalə Ağayeva 1976-cı ilin oktyabrın 21-də Azərbaycanın Tovuz şəhərində doğulmuşdur. 2001-ci ildə Tünzalə gənc ifaçılar üçün tanınmış musiqi yarışması olan “Bakı Payızı” festivalının qalibi oldu. Həmin vaxtdan estrada mahnılarının bəstəçisi və ifaçısı kimi peşəkar yaradıcı fəaliyyətlə məşğuldur. Sənətçi ilk albomu “Sevdi Can Səni” ilə böyük populyarlıq qazanmış və bu albomun ardınca təqdim etdiyi 7 albom və çox sayda sinqllarla yaradıcılığını davam etdirmişdir. Tünzalə yaradıcılığı ərzində böyük solo konsertlər, sosial layihələr ilə tamaşaçıların qarşısına çıxmışdır. “Olmuşam”, “Oxu...”, “ŞərhSiz” onun ən böyük solo konsertlərindən sadəcə bir neçəsidir. Yaradıcılığında eksperimentlər etməyi sevir və pop, caz, milli, alternativ janrlarda mahnılar hazırlayır.